Polis 7 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

Polis 7 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb Bakı. 14 dekabr. REPORT.AZ/ Ötən gün polis əməkdaşları 7 kiloqrama yaxın narkotik vasitəni götürərək qanunsuz dövriyyədən çıxarıb.
Hadisə
14 Dekabr , 2018 11:46
Polis 7 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Ötən gün polis əməkdaşları 7 kiloqrama yaxın narkotik vasitəni götürərək qanunsuz dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Hüsülü kənd sakini Məzahir Məmmədov çəkisi 3 kiloqram 305 qram marixuananı satarkən cinayət başında yaxalanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.

Son xəbərlər

Orphus sistemi