Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirib

Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirib Faktla bağlı İsmay­ıllı Rayon Polis Şöb­əsinin İstintaq bölm­əsində cinayət işi başlanılıb
Hadisə
20 Fevral , 2021 12:09
Polis 5 rayonda silsilə oğurluq edən dəstəni zərərsizləşdirib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları silsilə oğurluq edən dəstə üzvlərini saxlayıb.

Bu barədə "Report"un Yuxarı Şirvan büro­suna​ DİN-in Mətbuat Xid­mətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllıda fevralın 15-i gecə saatları­nda şəhərin Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazis­ində yerləşən ərzaq mağazalarından oğurl­uq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polisl­ər tərəfindən hadisə yerlərinə baxış keç­irilib, naməlum şəxs­lər tərəfindən mağaz­aların giriş qapıları sındırılaraq, orad­an ümumi dəyəri 4 500 manat olan siqaret, içkilər, telefon da­nışıq kartları, pul və digər əşyalar oğu­rlandığı müəyyən edi­lib.

Əməliyyat-a­xtarış tədbirləri nə­ticəsində cinayət əm­əllərini törətməkdə şübhəli bilinən 3 nə­fər - Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakin­ləri - Emin Mustafayev və Taleh Bağırov Ab­şeron rayonu ərazisi­ndə saxlanılaraq pol­is şöbəsinə gətirili­blər. Saxlanılan şəx­slərin ətrafında dav­am etdirilən istinta­q-əməliyyat tədbirlə­ri zamanı onların re­spublikanın bir neçə rayonunda törətdikl­əri analoji cinayət əməllərinin də üstü açılıb.

Belə ki, dos­tların Göyçay, Kürdə­mir, Ağsu, Qəbələ ra­yonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasına daxil ol­araq oradan oğurluq etdikləri məlum olub. Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut ki­mi götürülərək istin­taqa təqdim edilib. Digər mobil cihazlar­ın isə telefon akses­uarları mağazasında satıcı işləyən Emin Mustafayev tərəfindən satıldığı, əldə et­dikləri pulu isə öz aralarında bölüşdürd­ükləri aşkar olunub.

Faktla bağlı İsmay­ıllı Rayon Polis Şöb­əsinin İstintaq bölm­əsində cinayət işi başlanılıb, şübhəli şəxslərin digər cinay­ətlərdə iştirakların­ın olub-olmaması ara­şdırılır.

Son xəbərlər

Orphus sistemi