Yuxarı
    Bağlamaq

    Piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb

    İstintaq davam etdirilir

    Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən il piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Məlahət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən M.Vəliyeva yanvarın 9-da orada ölüb.

    Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi