Piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayıb

Piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib
Hadisə
30 İyun , 2016 10:32
Piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Fərid Bayadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə Zabrat-Şabunçu şosesi, "Qartal" kafesinin qarşısında baş verib. 1993-cü il təvəllüdlü F.Bayadov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə kafenin qarşısında yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Cahid Əkbərovu vurub.

C.Əkbərov aldığı xəsarətlə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi