Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb.
Bu barədə "Report"a
Belə ki, fevralın 8-də, saat 5 radələrində, Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada fevralın 11-də orada ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.