Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarını
Hadisə
23 Mart , 2022 11:42
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi