Yuxarı

Bakıda piyadanı vuran sürücü qaçıb

Anar Süleymanov xəstəxanaya yerləşdirilib və orada ölüb

Bakı. 28 iyul. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində piyadanı vuran sürücü hadisə yerindən qaçıb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Anar Süleymanov yolu keçərkən müəyyən edilməyən avtomobillə vurulub.

Piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xətai Rayon Polis İdarəsində (RPİ) əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi