Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır

Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır Abşeron rayonunda 79 yaşlı qadını avtomobillə vurub öldürərək hadisə yerindən qaçmaqda ittiham edilən Elnur Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 Fevral , 2020 20:34
Piyadanı öldürən sürücü hakim qarşısına çıxarılır

Abşeron rayonunda 79 yaşlı qadını avtomobillə vurub öldürərək hadisə yerindən qaçmaqda ittiham edilən Elnur Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Sevin Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası fevralın 25-də keçiriləcək.

Qeyd edək ki, hadisə dekabrın 22-si saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda baş verib.

Naməlum sürücü idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada, 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq onun ölümünə səbəb olub və hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədənin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəkiyev Elnur Zabit oğlu olduğu müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi