Yuxarı

​Piyada keçidinin altında vətəndaşı vuran sürücü saxlanılıb

O, hadisə yerindən qorxaraq qaçdığını bildirib

Bakı. 5 mart. REPORT.AZ/ Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

“Report”un məlumatına görə, aparılan əməliyyat zamanı yolu keçmək istəyən Ağdam rayon sakini Əvəz İsmayılovu vuraraq hadisə yerindən qaçan sürücü Pərviz Rəcəbov saxlanılıb.

Sürücü hadisədən sonra ərazidən yayınmasını qorxması ilə əlaqələndirib. P.Rəcəbovun törətdiyi yol qəzasının təfərrüatları hazırda təhqiqatçılar tərəfindən araşdırılır.

Xatırladaq ki, hadisə Tbilisi prospektində baş verib. Sürücü Pərviz Rəcəbov piyadanı öz avtomobili ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman vurub. Qəzadan sonra piyada vurulduğu yerdən bir neçə metr kənara düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib. Piyada Ə.İsmayılovu avtomobil düz piyada keçidinin altında vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi