Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub - FOTO

Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub - FOTO Sürücü xəsarət alıb
Hadisə
31 Oktyabr , 2016 13:47
Piyada keçidindən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda keçiddən istifadə etməyən şəxs avtomobil qəzasına səbəb olub.

"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib.

10 GA 256 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, piyada qəfildən yola çıxıb. "Azsamand" markalı avtomobilin sürücüsü piyadanı vurmamaq üçün maşını səkiyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi