Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb

Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
23 İyul , 2017 09:15
Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb

Bakı. 23 iyul. REPORT.AZ/ Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun Neftçilər stansiyasının yaxınlığındakı yeraltı keçiddən keçən 57 yaşlı Süleymanov Behbud Əli oğlu qəfildən bir neçə şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ondan cibindəki pulları tələb ediblər. Lakin pulunun olmadığını deyən B.Süleymanov naməlum şəxslər tərəfindən başından ağır zərbə alıb. Nəticədə, o, çoxlu qan itirib. Hadisə yerinə baxış keçirən Post Patrul Xidmətinin əməkdaşları yaralının vəziyyətinin ağır olduğunu görüb, təcili yardım xidmətinə müraciət ediblər. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi