“Piter Elçin” və güllələnən qardaşının görüntüləri yayılıb - FOTO

“Piter Elçin” və güllələnən qardaşının görüntüləri yayılıb - FOTO Faktla əlaqədar araşdırmalar davam etdirilir
Hadisə
22 Dekabr , 2016 13:30
“Piter Elçin” və güllələnən qardaşının görüntüləri yayılıb - FOTO

Bakı. 22 dekabr. REPORT.AZ/ Masallı rayonunun Türkoba kəndində odlu silahla qətlə yetirilən Fariz İsmayılov və onun qardaşı "Piter Elçin" kimi tanınan Elçin İsmayılovun görüntüləri yayılıb. 

"Report" həmin görüntələri təqdim edir.

Qeyd edək ki, F.İsmayılovun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı bu gün Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.  Məlumatda bildirilib ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib.

O, könüllü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi