Pirşağı qəsəbəsində 32 yaşlı kişi boğulub

Pirşağı qəsəbəsində 32 yaşlı kişi boğulub Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxi
Hadisə
30 İyul , 2022 22:16
Pirşağı qəsəbəsində 32 yaşlı kişi boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

“Report” bu barədə FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1991-ci il təvəllüdlü Ələsgərov Ağababa Qurban oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi