Gürcüstandan ölkəyə pirotexniki vasitələr və fişənglərin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə pirotexniki vasitələr və fişənglərin gətirilməsinin qarşısı alınıb Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Vaz 21063 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
20 Dekabr , 2018 15:27
Gürcüstandan ölkəyə pirotexniki vasitələr və fişənglərin gətirilməsinin qarşısı alınıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin döşəməsində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Magic Shots 40S" yazısı olan 408 ədəd və üzərində "Magic Shots 20S" yazısı olan 192 ədəd fişənglər, üzərində "Piccolo Corsar" yazısı olan 32 qutu pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi