Pirallahıda qanunsuz tikintinin qarşısı alınıb

Pirallahıda qanunsuz tikintinin qarşısı alınıb Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Pirallahı rayonunda qanunsuz tikintinin qarşısını alıb.
Hadisə
10 dekabr 2022 09:38
Pirallahıda qanunsuz tikintinin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Pirallahı rayonunda qanunsuz tikintinin qarşısını alıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Qanunsuz tikinti işinin qarşısı alınıb və inşası davam edən obyekt sökülüb.

Son xəbərlər

Orphus sistemi