Pirallahıda narkotik satan şəxs saxlanılıb

Pirallahıda narkotik satan şəxs saxlanılıb Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Hadisə
20 Avqust , 2021 16:43
Pirallahıda narkotik satan şəxs saxlanılıb
Adil Rzayev
0 : 00
0 : 00

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən "Report"a bildirilib ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi