Pirallahıda mağazalarda maskadan istifadə etməyən şəxslər cərimələnib

Pirallahıda mağazalarda maskadan istifadə etməyən şəxslər cərimələnib Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Hadisə
414
7 Sentyabr , 2021 15:08
Pirallahıda mağazalarda maskadan istifadə etməyən şəxslər cərimələnib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Pirallahı rayonunda davam etdirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində mağazalarda və digər ticarət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi