Yuxarı

Pirallahıda əvvəllər məhkum olunan şəxsin evindən çoxlu sayda silah-sursat aşkarlanıb

Faiq Sadıqovun evindən fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd “RQD” və 1 ədəd “F-1” qumbaraları və 14 ədəd çətənə kolu tapılıb

Bakı. 10 may. REPORT.AZ/ Pirallahıda evdən çoxlu sayda silah-sursat aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunan Faiq Sadıqovun evinə baxış zamanı fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd “RQD” və 1 ədəd “F-1” qumbaraları, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi