Pirallahı qəsəbəsində qətl törədən şəxsə hökm oxunub

Pirallahı qəsəbəsində qətl törədən şəxsə hökm oxunub Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
29 İyun , 2018 17:04
Pirallahı qəsəbəsində qətl törədən şəxsə hökm oxunub

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Z.Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi