Yuxarı

Sankt-Peterburqda qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

Emil Hüseynov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

Bakı. 22 iyun. REPORT.AZ/ Sankt-Peterburqun Oktyabr rayon məhkəməsi Sofiya tərəvəz bazasında həmyerlisinin qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Emil Hüseynov barəsində 20 iyun 2016-cı il tarixindən etibarən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - məhkəmənin məlumatında deyilir. 

Emil Elçin oğlu Hüseynov barəsində iş Sankt-Peterburq üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin xüsusi mühüm işlərin araşdırılması üzrə birinci idarəsinə verilib. 

Bir gün əvvəl Rusiya mətbuatında Sankt-Peterburqdakı Sofiya tərəvəz bazasında kütləvi davanın baş verməsi haqqında məlumat yayılıb. Guya həmin davada ən az 100 nəfər iştirak edib. Daha sonra polis bu məlumatı təkzib edib. Hüquq-mühafizə əməkdaşlarının məlumatına görə, iki nəfər arasında münaqişə yaranıb, atışma baş verib, nəticədə onlardan biri aldığı güllə yarasından dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi