​Peterburqda azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib

​Peterburqda azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib Faktla bağlı cinayət işi açılıb
Hadisə
15 May , 2015 03:49
​Peterburqda azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib

Bakı. 15 may. REPORT.AZ/ Mayın 13-də Sankt-Peterburqda Şri-Lanka vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 49 yaşlı azərbaycanlı saxlanılıb.

"Report" "Baltİnfo"ya istinadən xəbər verir ki, 33 yaşlı əcnəbinin cəsədi Şlisselburq şosesi, 8/2 ünvanında aşkar edilib.

Kişi aldığı bıçaq yarasından dünyasını dəyişib. Həmyerlimiz etiraf edib ki, Şri-Lanka vətəndaşını mənzilində qonaq edən zaman onlar spirtli içki qəbul ediblər və söhbət əsnasında aralarında mübahisə düşüb. Nəticədə qətl hadisəsi baş verib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi