​Peterburqda atışma zamanı azərbaycanlı iş adamı öldürülüb

​Peterburqda atışma zamanı azərbaycanlı iş adamı öldürülüb Hadisə müştərilər ilə kafe sahibi arasında baş verib
Hadisə
3 Fevral , 2015 00:04
​Peterburqda atışma zamanı azərbaycanlı iş adamı öldürülüb

Bakı. 3 fevral. REPORT.AZ/ Sankt-Peterburqda kafedə atışma zamanı iki nəfər ölüb.

"Report" "BaltInfo"ya istinadən xəbər verir ki, atışma müştərilərin kafe sahibi ilə mübahisə etməsi səbəbindən baş verib.

İnsident nəticəsində gürcü müştəri hadisə yerində, müəssisənin azərbaycanlı sahibi isə xəstəxanada keçinib.

Hadisə bazar günü, fevralın 1-də, səhər saat 4 radələrində baş verib. İlkin fərziyyəyə görə, mübahisəyə söz çəkişməsi səbəb olub.

TASS-ın Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinə istinadən verdiyi xəbərə görə, fevralın 2-də polis münaqişənin iştirakçılarından olan üç nəfəri yaxalaya bilib.

"Əməliyyatçılar hadisədən sonra bir sutka işləyiblər, bu gün səhər saat 5:00-da Vıborq şəhərində münaqişənin üç iştirakçısı saxlanılıb. Onlar dəqiq hadisə yerində olublar, lakin hər birinin rolu müəyyənləşdiriləcək", -deyə məlumatda bildirilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi