Yuxarı
    Bağlamaq

    ​Peterburqda 54 yaşlı azərbaycanlı özünü asıb

    Kişi kirayə qaldığı mənzildə intihar edib

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı intihar edib.

    "Report" xəbər verir ki, 54 yaşlı kişi sentyabrın 27-də gecə yarısı Bela Kun küçəsində yerləşən binanın mənzilində asılı vəziyyətdə tapılıb.

    Mərhumu birgə kirayə qaldığı 42 yaşlı həmyerlisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb. Meyitin üzərində heç bir zorakılıq və inyeksiya əlamətləri aşkar olunmayıb.

    Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi