Yuxarı

Peruda avtobus dərəyə aşıb, 24 nəfər ölüb, 29 nəfər yaralanıb

Əlverişsiz iqlim şəraiti xilasedicilərin işini çətinləşdirib

Bakı. 17 aprel. REPORT.AZ/Peruda avtobusun dərəyə aşması nəticəsində 24 nəfər ölüb, 29 nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki, hadisə ölkənin mərkəzi regionu Paskoda baş verib. Sərnişinlə dolu avtobus 30 metr hündürlükdən uçuruma yuvarlanıb.

"Foro TV"nin yaydığı məlumata görə, yaralıların bir qismi xilas edilib. Lakin ərazidəki əlverişsiz iqlim şəraiti xilasedicilərin işini çətinləşdirib. Hadisənin baş verdiyi yerdə duman olması yaralı sərnişinlərin xilas edilməsində maneələr yaradır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi