Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər azadlığa buraxılıb

Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər azadlığa buraxılıb Məhkumlara azadlıq arayışı verilib
Hadisə
30 Dekabr , 2014 14:13
Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər azadlığa buraxılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamına əsasən bu gün Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər, müalicə müəssisəsindən 3 nəfər və 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. 

"Report" xəbər verir ki, məhkumlara azadlıq arayışının verilməsi mərasimində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təşkilat Nəzarət şöbəsinin rəisi Musa Hümbətov iştirak edib.
M.Hümbətov bildirib ki, əfv sərəncamının şamil edildiyi şəxslər, cəzalarını çəkdiyi müddətdə davranış qaydalarına əməl etmiş və etdiyi əməllərdən peşman olanlardır. "Əfv sərəncamında 1 nəfər Türkiyə vətəndaşı var. Sərəncamın şamil olunduğu məhkumlar arasında çoxuşaqlı ailə başçısı, idmançılar da var. Təbii ki, bu şəxslər etdiyi əməllərdən peşman olduqlarını bildirib və bundan sonra layiqli vətəndaş kimi yaşayacaqlarına söz veriblər". 

Son xəbərlər

Orphus sistemi