Pentaqon rəhbəri: “İraqda ABŞ qüvvələrinə qarşı yeni hücumlar hazırlanır”

Pentaqon rəhbəri: “İraqda ABŞ qüvvələrinə qarşı yeni hücumlar hazırlanır” Rəsmi Vaşinqton hesab edir ki, İraqda İran tərəfindən dəstəklənən qruplar ABŞ qüvvələrinə qarşı yeni hücumlar hazırlayır.
Hadisə
3 Yanvar , 2020 06:13
Pentaqon rəhbəri: “İraqda ABŞ qüvvələrinə qarşı yeni hücumlar hazırlanır”

Rəsmi Vaşinqton hesab edir ki, İraqda İran tərəfindən dəstəklənən qruplar ABŞ qüvvələrinə qarşı yeni hücumlar hazırlayır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Mark Esper jurnalistlərə açıqlamasında deyib.

“Əgər hücumlar baş verərsə, biz reaksiya vərəcəyik. Hücumlar və ya digər məlumatlar barədə xəbərlər alsaq, hərbçiləri və ABŞ vətəndaşlarını qorumaq üçün qabaqlayıcı tədbirlər görəcəyik. 

Oyun dəyişib və bölgədəki personalı və maraqlarımızı qorumaq üçün lazım olanı etməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi