​Pensiya kartı düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxsə hökm oxunub

​Pensiya kartı düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxsə hökm oxunub O, 11 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Aprel , 2016 11:44
​Pensiya kartı düzəltmək adı ilə vətəndaşlardan pul alan şəxsə hökm oxunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Həsən Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, H.Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib. O, Gəncə şəhəri, Daşkəsən və digər rayon sakinlərindən 135 min manat məbləğində pul alıb. Daha sonra həmin şəxslər H.Həsənovun dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Zərəçəkmişlərin sayı 22 nəfərdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi