Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Report"un xəbərinə görə, Bakı
Məhkəmənin ilkin baxış iclası yanvarın 28-nə təyin edilib.
Şikayət hakim Mirzəli Abbasovun icraatına verilib.
Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin (CM) 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.
Rəsmi ittihama görə, o, tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb.
K.Həsənov özünü təqsirli bilməyir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, K.Həsənova CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.