Penitensiar xidmətin konvoy taborunun keçmiş komandirinin həbs müddəti uzadılıb

Penitensiar xidmətin konvoy taborunun keçmiş komandirinin həbs müddəti uzadılıb Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib
Hadisə
12 May , 2018 13:28
Penitensiar xidmətin konvoy taborunun keçmiş komandirinin həbs müddəti uzadılıb

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, B.Abdullayevin həbs müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Son xəbərlər

Orphus sistemi