Penitensiar Xidmətin keçmiş əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Penitensiar Xidmətin keçmiş əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb Bakı Apelyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
30 May , 2019 10:50
Penitensiar Xidmətin keçmiş əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb
Report

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib.

İttiham aktına əsasən, M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib. O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan M.İlyasov verdiyi vədə əməl etməyib.

Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum yenidən apellyasiya şikayəti verib.

Xatırladaq ki, M.İlyasov Penitensiar Xidmətin keçmiş əməkdaşıdır. Məhkəmənin hazırlıq iclasında o, hazırda təqaüddə olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi