Bakı. 25 yanvar.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib. O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan M.İlyasov verdiyi vədə əməl etməyib.
Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb.
Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.
Xatırladaq ki, M.İlyasov Penitensiar Xidmətin keçmiş əməkdaşı olub. Məhkəmənin hazırlıq iclasında o, hazırda təqaüddə olduğunu bildirib.