Bakı. 28 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) Baş İdarəsində Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanovun rəhbərliyi ilə tərbiyə işinin təşkili sahəsində fəaliyyət göstərən əməkdaşlarla əməliyyat müşavirəsi keçirilib. Bu barədə “Report”a PX-dan bildirilib.
Müşavirə aidiyyəti xidmət sahəsi üzrə aşkar olunmuş nöqsanların müzakirəsi, göstəricilərin yaxşılaşdırılması və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunub.
Müşavirədə Baş idarənin və tabe qurumların məsul əməkdaşları iştirak ediblər.