"Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İkram Rəhimovun aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir".
Bunu "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
O bildirib ki, İ.Rəhimov hazırda heç bir aclıq aksiyası keçirmir, su və qida qəbul edir.