Yuxarı

Penitensiar xidmət: Hüseyn Abdullayev aclıq aksiyası keçirmir

Penitensiar xidmət: Hüseyn Abdullayev aclıq aksiyası keçirmir

Bakı. 1 fevral. REPORT.AZ/ "Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir".

Bunu "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, H.Abdullayev hazırda heç bir aclıq aksiyası keçirmir.

M.Sadıqov onu da əlavə edib ki, Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi haqqında deyilənlər də həqiqəti əks etdirmir: "Taleh Bağırov aclıq aksiyası keçirmir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi