Penitensiar Xidmət: Hansısa məhkum əfvdən imtina etməyib

Penitensiar Xidmət: Hansısa məhkum əfvdən imtina etməyib Ədliyyə Nazirliyi Penitensiar Xidməti əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Hadisə
299
28 Aprel , 2020 15:44
Penitensiar Xidmət: Hansısa məhkum əfvdən imtina etməyib
Penitensiar Xidmət / Report
0 : 00
0 : 00

Ədliyyə Nazirliyi Penitensiar Xidməti əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, belə bir halın baş vermədiyini deyib: "Hansı məhkum əfv sərəncamı ilə bağlı Prezident İlham Əliyevə müraciət edibsə, bütün sənədlər aidiyyəti üzrə göndərilib. Kimsə ailə problemi olduğuna görə əfvdən imtina etməyib".

Xatırladaq ki, mətbuatda Prezident İlham Əliyevin aprelin 6-da pandemiya səbəbindən imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin ailə probleminə görə azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi