Yuxarı

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib

Bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) əməliyyat müşavirəsi keçirilib. Bu barədə "Report"a PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müşavirə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan şəxslərin əməyə cəlb olunmasının vəziyyətinə və istifadədə olan nəqliyyat vasitələrinin istismar qaydalarına riayət edilməsinə həsr olunub. Ədliyyə Nazirinin müavini, PX-nin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər. Müzakirə olunan məsələlərlə bağlı xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi