​Paytaxtın Nizami rayonunda yanğın baş verib

​Paytaxtın Nizami rayonunda yanğın baş verib Yaşayış binasında vətəndaşlara məxsus mənzillərin aynabəndləri və məişət əşyaları yanıb
Hadisə
20 İyul , 2016 00:23
​Paytaxtın Nizami rayonunda yanğın baş verib

Bakı. 20 iyul. REPORT. AZ/ Paytaxtda baş vermiş yanğın zamanı bir neçə mənzil zərər çəkib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonunda baş verib.

Belə ki, rayonda vətəndaşlara məxsus ümumi sahəsi 60 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan taralar yanıb. Yanğın zamanı yaxınlıqda olan çoxmərtəbəli yaşayış binasında vətəndaşlara məxsus mənzillərin aynabəndləri və məişət əşyaları yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 16:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi