Paytaxtın metalyayma müəssisəsində bədbəxt hadisə baş verib

Paytaxtın metalyayma müəssisəsində bədbəxt hadisə baş verib Fəhlələrdən biri istehsalat zamanı ağır xəsarət alıb
Hadisə
22 May , 2017 07:19
Paytaxtın metalyayma müəssisəsində bədbəxt hadisə baş verib

Bakı. 22 may. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda yerləşən metalyayma müəssisəsində istehsalat zamanı bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Şamaxı rayonundan olan 1995-ci il təvəllüdlü Əzizov Emin Daşqın oğlu iş görən zaman armatur onun ayağına keçib.

Fəhlə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi