Bakı. 10 mart. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda yerləşən iaşə obyektində bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Report"un xəbərinə görə, "Aura" çay evində ofisiant işləyən 1982-ci il təvəllüdlü Abbasov Azər Akif oğlu iş görən zaman onu yüksək gərginlikli elektrik cərayanı vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.