Paytaxtda yolu keçmək istəyən piyadanı maşın vurub

Paytaxtda yolu keçmək istəyən piyadanı maşın vurub Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
21 Oktyabr , 2019 02:12
Paytaxtda yolu keçmək istəyən piyadanı maşın vurub

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Belə ki, 1997-ci təvəllüdlü İsrailov Əliqismət Əlikərim oğlu yolu keçmək istəyərkən maşınla vurulub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol baldırının sınığı diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi