Yuxarı
    Bağlamaq

    ​Paytaxtda yaşayış binasında 17 elektrik sayğacı yanıb

    Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub

    Bakı. 14 avqust. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda yanğın baş verib.

    "Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

    Məlumata görə, Nərimanov rayonunda 5 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 17 ədəd elektrik sayğacı yanıb.

    Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi