​Paytaxtda yağdəyişmə sexində baş vermiş yanğın nəticəsində “Mercedes” avtomobilinin ön hissəsi əriyib

​Paytaxtda yağdəyişmə sexində baş vermiş yanğın nəticəsində “Mercedes” avtomobilinin ön hissəsi əriyib Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
28 İyul , 2016 01:13
​Paytaxtda yağdəyişmə sexində baş vermiş yanğın nəticəsində “Mercedes” avtomobilinin ön hissəsi əriyib

Bakı. 28 iyul. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanıb.

Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən əriyib.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi