Yuxarı
    Bağlamaq

    Paytaxtda vəzifəli şəxsin oğlu "qırmızı işıq"dan keçərək qəza törədib, ağır yaralanan var - YENİLƏNİB - FOTO - VİDEO

    Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib© Report

    Qəzanın videosu əlavə olunub


    *** 06:53

    Bakı. 31 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

    "Report" xəbər verir ki, "10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçib.

    Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

    Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

    E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri:

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi