Paytaxtda toydan evə gedən kişini maşın vurub

Paytaxtda toydan evə gedən kişini maşın vurub Hadisə "Təbrik" şadlıq sarayının qarşısında baş verib
Hadisə
27 Yanvar , 2018 03:25
Paytaxtda toydan evə gedən kişini maşın vurub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda piyadanı avtomobil vurub.

"Report” xəbər verir ki, hadisə 1985-ci il təvəllüdlü Feyzullayev Elvin Bayram oğlu "Təbrik" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən zaman baş verib.

Yaralı Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi