Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.
“Report” DİN-ə istinadən xəbər verir ki, noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Görülən tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.