Paytaxtda piyada zəncirvari qəzaya səbəb olub, sürücülərlə onun arasında mübahisə yaranıb

Paytaxtda piyada zəncirvari qəzaya səbəb olub, sürücülərlə onun arasında mübahisə yaranıb Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Yanvar , 2017 13:08
Paytaxtda piyada zəncirvari qəzaya səbəb olub, sürücülərlə onun arasında mübahisə yaranıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü hərəkətdə olarkən piyadanın qəfildən yola çıxması səbəbindən əyləcdən istifadə edib. Nəticədə “Hyundai” markalı avtomobil arxadan BMW-yə çırpılıb. “Mercedes” markalı avtomobil isə hər iki maşına çırpılıb.

Bundan sonra sürücülərlə piyada arasında mübahisə yaranıb, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi