Bakı. 22 iyul. REPORT.AZ/ Abşeron rayonunda piyada keçidindən keçməyən qadını maşın vurub.
"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Masazır qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Heybətova Ülkər Qəhrəman qızı piyada keçidindən istifadə etməyərək yolu keçərkən, onu minik avtomobili vurub. Nəticədə Ü.Heybətova müxtəlif bədən xəsarətləri alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.