Paytaxtda özünü asan kişi son anda xilas edilib

Paytaxtda özünü asan kişi son anda xilas edilib Zərərçəkmişin vəziyyəti ağırdır
Hadisə
6 Aprel , 2018 04:49
Paytaxtda özünü asan kişi son anda xilas edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Balaxanı qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Həsənov Rəşad Həmid oğlu özünü yaşadığı evin həyətində asıb.

Lakin o, yaxınlarının köməkliyi ilə son anda xilas edilərək 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhd hadisəsinin səbəblərini araşdırırlar.

Son xəbərlər

Orphus sistemi