Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub
Hadisə
7 Mart , 2021 11:32
Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bu barədə "Report"a Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəssislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

Hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi