Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Maşın aşdıqdan sonra ağaca çırpılıb
Hadisə
3 May , 2017 10:14
Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 05:00-da dərc olunub. Video əlavə olunub

Bakı. 3 may. REPORT.AZ/ Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Salyan şosesi ilə hərəkətdə olan "99-EE-114" dövlət qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.

Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev "Report"a açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi